Premyer Liqanın bombardiri "Neftçi"dən getmək istədiyini elan etdi

19 İyun 2021 13:00 Neftçi 2 151
Premyer Liqanın bombardiri "Neftçi"dən getmək istədiyini elan etdi

«Neftçi»nin yarımmüdafiəçisi Namiq Ələskərov klub rəhbərliyinə müraciət edib.

Ötən mövsüm 19 qolla Premyer Liqanın bombardiri olan orta sahə oyunçusu buradan ayrılmaq istədiyini bildirib.

Millinin üzvü rəsmilərlə söhbətində Türkiyədən təkliflərinin olduğunu, Çempionlar Liqasının I təsnifat mərhələsində Tbilisi «Dinamo»su ilə oyunlardan sonra düşərgədən getməyi planlaşdırdığını vurğulayıb.

«Ağ-qaralar»la 2 illik müqaviləsi qüvvədə olan Namiq Türkiyəyə yollanması üçün ona şərait yaradılmasını, yəni, azad agent statusu verilməsini xahiş eləyib.

«Bakı»nın yetirməsi «Hatayspor» da daxil, Super Liqanın bir neçə klubundan dəvət almasını gizlətməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu