"Neftçi"dən: "Onunla bağlı qərarı məşqçilər korpusu verəcək"

14 İyun 2021 22:20 Neftçi 20 105
"Neftçi"dən: "Onunla bağlı qərarı məşqçilər korpusu verəcək"

"Neftçi" ötən mövsüm "Sumqayıt"a icarəyə verdiyi futbolçusu Cabir Əmirli ilə bağlı qərarını hələ verməyib.

Bu barədə Sportinfo.az-a açıqlamasında komandanın mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev məlumat verib:

"Cabirlə bağlı qərarı məşqçilər korpusu verəcək. Hazırda onun yenidən icarəyə veriləcəyi və komandada qalacağı dəqiq deyil. Futbolçu hələ də "Neftçi"nin məşqlərində iştirak etmir".

24 yaşlı müdafiəçi 2020/2021-ci il mövsümündə 15 oyun "Sumqayıt" forması ilə meydana çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi