Çempionluğa da layiq deyil -  Son 2 turun tək şərti

6 May 2021 15:00 Neftçi 1 348
Çempionluğa da layiq deyil -  Son 2 turun tək şərti

"Neftçi" "Keşlə" səfərindən planlaşdırdığı 3 xalını qazandı.

Yorğun rəqib kubokun finalını gözləyir.

Nə qədər desələr də ki, çempionatdakı oyunlar önəmlidir, gerçəkdə onlardan ötrü heç bir önəmi qalmayıb.

Yalnız legionerlər bir az səy göstərib, yeni müqavilə üçün oynayacaq, özlərini qoruyacaq. Yerlilər də başlarını girləyəcək. Necə ki, artıq belə də edirlər.

Hətta oyuna belə yanaşma ilə də, ilk dədiqələrdən meydanda bərabər oyun gedirdi.

"Neftçi" çempionluğa layiq oyun nümayiş etdirmədi. "Keşlə" yorulana qədər oynadı. Tərlan Quliyevin avtoqolu komandanın əl-qolunu aşağı saldı.

"Neftçi" mövqe hücumlarında axsayırdı. İkinci qol da əks-hücumda vuruldu. Tural Axundova qarşı qayda pozuntusu var idi, ya yox idi, 80 metr məsafə qət ediləndən sonra fərqləndilər.

Onadək meydanda gəzişən Keysuke Hondanın günəşi şərqdən doğdu. Etiraza qalsa, oyunun əvvəlində qapı qarşısında Anatole Abanqa qarşı hərəkət daha mübahisəlidio.

Hakim penalti nöqtəsini də göstərə bilərdi. Emin Mahmudovun cərimə zərbəsi böyük hesablı qələbəni təmin etməklə yanaşı, çempionluğun taleyinin son tura saxlanılacağınaa işarə oldu.

Açığını demək lazımdırsa, "Keşlə" paytaxt derbisində qonaqlarına ciddi müqavimət göstərmədi. Zirədən qalan yorğunluq, sadəcə, bəhanədir.

Ona qalsa, 48 saat ərzində fiziki əyər-əskiyi aradan götürmək mümkündür. "Keşlə" bunu istəmədi, can atmadı. "Neftçi" fərqlənə bilməsəydi belə, onlar topu öz qapılarına vuracaqdılar – ilk 30 dəniqədən sonra oyunu məhz bu cür "oxumaq" olurdu.

Son matça 6 xallıq iki tur qalıb. Büdrəməyə əl yeri yoxdur. Finişdə məzmunlu oyundan çox 3 xal daha vacibdir.

Atalar "üçdən" deyib. İlk olaraq, "Qarabağ" 3 qırmızı ilə üzləşən "Neftçi"ni büdrədib xal fərqini çoxalda bilmədi. Çempionluğun dönmə anı idi. İkinci dönüş fasilədən sonra yaşandı.

Bu dəfə "Neftçi" şansını dəyərləndirə bilmədi. "Qarabağ"ın zədəlilərlə bol xal itkilərinə uğradığı dönəmdə "ağ-qaralar" 5 xal itirdi.

Qarşıdan gələn turlarda iddialılardan hansısa biri büdrəməsə, üçüncü şansını finala bərabər son turda müəyyənləşdirəcək.

Kimsə iki oyunda layiqli çıxış etməsə, heç çempionluğa da layiq deyil. Top sizdə!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti