Millimizin futbolçusunu yoxlayacaqlar

11 May 2020 18:50 Milli komanda 646
Millimizin futbolçusunu yoxlayacaqlar

Millimizin müdafiəçisi Pavel Paşayevin çıxış etdiyi “Aleksandriya” mayın 12-də məşqləri bərpa edəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, klub bazasında keçiriləcək toplantıda oyunçulara dərslər veriləcək.

Məlumata görə, bütün oyunçular məşqdən əvvəl koronavirus testindən keçəcəklər. Məşqçilər heyəti artıq bir dəfə testdən keçiblər, onların nəticələri mənfi olub.

Ukrayna höküməti mayın 11-də komandaların hazırlanmasına qoyulan qadağanı ləğv edib.

Digər Xəbərlər
Xəbər Lenti