Azərbaycanlı hücumçu 66 ölkənin ulduz futbolçuları siyahısında - VİDEO

2 May 2020 21:40 Milli komanda 608
Azərbaycanlı hücumçu 66 ölkənin ulduz futbolçuları siyahısında - VİDEO

İngiltərə Premyer Liqasında ölkələrinin milli komandalarını təmsil edən ən yaxşı futbolçular müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, "Givemesport" nəşri bununla bağlı araşdırma aparıb. Hazırda 66 fərqli yığma komandadan olan oyunçuların Premyer Liqa klublarında çıxış etdiyi vurğulanıb.

Siyahıda “Vulverhempton” klunundan Azərbaycan millisinin futbolçusu Renat Dadaşov da yer alıb. 21 yaşlı hücumçunun çempionatdakı yeganə azərbaycanlı oyunçu olduğu və əsas komandada debüt etmədiyi vurğulanıb.

Dadaşovun 6 dəfə Azərbaycan millisinin formasını geyindiyi də yazıda əksini tapıb.

İndiyədək İngiltərə Premyer Liqasında 111 ölkənin futbolçuları çıxış edib. Dadaşov 2019-cu ilin avqustunda “Vulverhempton”la 4 illik müqavilə imzalayıb.

r etdinizsə, səhv olan hissəni qeyd

Digər Xəbərlər
Xəbər Lenti