AFFA-nın millidən qovduğu baş məşqçi baba oldu - FOTO

25 Aprel 2020 16:45 Milli komanda 975
AFFA-nın millidən qovduğu baş məşqçi baba oldu - FOTO

Azərbaycan millisinin sabiq baş məşqçisi Nikola Yurçeviç baba olub.

Sportinfo.az xəbər verir ki, xorvatiyalı mütəxəssisin oğlan nəvəsi dünyaya gəlib.

Bu barədə körpənin anası Lana Yurçeviç "Instagram" səhifəsində paylaşım edib. O, uşağın adını Aleksandar qoyduqlarını bildirib.

N.Yurçeviçin qızı ötən ilin sonunda makedoniyalı futbolçu Risto Mitrevski ilə ailə həyatı qurub.

2019-cu il fevralın 11-də Azərbaycan millisinə baş məşqçi təyin olunmuş Nikola Yurçeviç dekabrın 13-də AFFA İcraiyyə Komitəsinin qərarı ilə istefaya göndərilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu