Azərbaycandan gedən futbolçulardan gizli məlumat aldı

5 Mart 2020 23:30 Milli komanda 1 088
Azərbaycandan gedən futbolçulardan gizli məlumat aldı

“Millətlər Liqasının qrup mərhələsində yaxşı nəticələr üçün oynayacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu apasport.az-a Kipr millisinin futbolçusu Panayiotis Zaxariu deyib.

Millətlər Liqasında Azərbaycan, Monteneqro və Lüksemburqla eyni qrupda mübarizə aparacaq ada təmsilçisinin hücumçusu uğurlu nəticə üçün oynayacaqlarını bildirib. Onun sözlərinə görə, “dördlük”də aşkar favorit yoxdur:

“Nəticələr barədə indidən bir söz demək çətindir. Azərbaycan da daxil olmaqla, bütün komandalara ciddi yanaşırıq. Hamısı yaxşı futbolçulardan təşkil olunan yığmalardır”.

24 yaşlı forvard Azərbaycan millisi haqda geniş məlumatının olmadığını, bu haqda klubdakı yoldaşlarından öyrəndiyini deyib:

“Düzünü desəm, Azərbaycan millisi haqda geniş məlumatım yoxdur. Sadəcə yaxşı yığma olduğunu bilirəm. Komanda yoldaşlarım arasında əvvəllər Azərbaycan klubunda oynamış Bilal Həmdi və Dilan Duventru var.

Onlar mənə Azərbaycan Premyer Liqasının yaxşı səviyyədə olduğunu, məşq meydançalarının, stadionların da yüksək səviyyədə olduğunu bildirirlər. Hər halda, Millətlər Liqasının oyunları öncəsi bütün rəqiblər haqda daha çox məlumatımız olacaq”.

Digər Xəbərlər
Xəbər Lenti