Onun millimizi çalışdıracağı ilə bağlı SON XƏBƏR

2 Mart 2020 18:48 Milli komanda 1 258
Onun millimizi çalışdıracağı ilə bağlı SON XƏBƏR

Dekabrda Nikola Yurçeviçlə yolları ayıran AFFA-nın millinin baş məşqçi postuna Canni de Byazini gətirəcəyi ilə bağlı mətbuatda yeni xəbərlər yayılıb.

İddiaya görə, artıq italiyalı mütəxəssislə razılıq əldə edilib və AFFA bütün digər namizədlərlə danışıqları dayandırıb. Bildirilir ki, yaxın zamanda tərəflər münasibətləri rəsmiləşdirməli və yeni çalışdırıcı ictimaiyyətə təqdim edilməlidir.

Son olaraq 2017-ci ildə İspaniyada "Alaves"i çalışdıran 63 yaşlı mütəxəssis həmin zamandan işsizdir. O, daha çox Albaniya millisindəki nəticələri ilə tanınır. 63 yaşlı mütəxəssis sözügedən yığmanı AÇ-2016-nın final mərhələsinə yüksəltməyi bacarmışdı.

Sportinfo.az Canni de Byazinin yaxın çevrəsi vasitəsilə bu xəbərləri dəqiqləşdirməyə çalışıb. Redaksiyamıza məlum olub ki, AFFA onunla 2 həftə əvvəl əlaqə saxlayıb, şərtləri ilə maraqlanıb.

Lakin danışıqlar həlledici mərhələyə daxil olmayıb, italyandan maliyyə məsələləri soruşulmayıb. Sadəcə, diqqətinə çatdırılıb ki, yaxın günlərdə ona bir cavab veriləcək. Həmin tarixdən bəri Bakıdan Byaziyə telefon açan olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti