Adamın adı çıxınca… Klublar niyə onu almır?

18 Yanvar 2020 21:50 Milli komanda 1 549
Adamın adı çıxınca… Klublar niyə onu almır?

Azərbaycanın U-21 yığmasının müdafiəçisi Hüseyn Seyliğlinin karyerasını Avstriyada davam etdirməsi gündəmə gəlib.

O, Türkiyənin II divizionunda mübarizə aparan “Darıca Gənclərbirliyi”ndən “Austria”ya (Klaqenfurt) transfer oluna bilər.

Adıçəkilən Avstriya klubunda U-21 millimizin digər futbolçusu Barış Əkinciər də çıxış edir.

Hüseyn Seyliğlinin Azərbaycan klublarında çıxış etməsi təklif edilsə də, heç bir Premyer Liqa təmsilçisi onun xidmətindən yararlanmaq istəməyib.

Sportinfo.az bunun səbəbi ilə maraqlanıb. Redaksiyamıza məlum olub ki, Hüseynin adının yığmanın danışılmış oyunlarında hallanması komandaları bu transferi reallaşdırmaqdan çəkindirib.

Türkiyəli müdafiəçinin adı ən çox Fransa ilə səfər matçına (0:5) görə hallanır. O, həm də problemli futbolçu kimi tanınır. Hüseyn U-21-in Bakıda Gürcüstana 0:3 hesabıyla uduzduğu oyundan sonra Milan Obradoviçin üzünə qayıdanlardan biridir.

Baş məşqçinin əleyhinə "qiyam" qaldıran futbolçuların sırasında yer alan Seyliğli onun taktika və heyət seçiminə sərt etirazıyla yadda qalmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"