Portuqaliyalı da "Neftçi" və "Qarabağ"la həmfikir oldu - Azərbaycan buna hazır deyil

19:00 Milli komanda 314
Portuqaliyalı da "Neftçi" və "Qarabağ"la həmfikir oldu - Azərbaycan buna hazır deyil

Yeni mövsüm Əvəzedicilər Liqasının keçirilib-keçirilməyəcəyi barədə qərar hələ də açıqlanmayıb.

2 ildi adıçəkilən yarışın ləğvi gündəmdədir.

"Neftçi" və "Qarabağ" xaric digər klublar ciddi cəhdlə ikinci komandaların yarışının dayandırılmasını AFFA-dan tələb edir.

Səbəb kimi həmin liqanın ciddi əhəmiyyətinin olmaması təqdim olunur.

Amma federasiya futbol mütəxəssislərinin, medianın müəyyən kəsiminin haqlı narazılığına görə liqanı ləğv etməyi təxirə salır.

Deyəsən, bu dəfə yenə eynisi olacaq.

Çünki U-20 millimizin baş məşqçisi Rui Jorge də liqanın ləğvinə qarşı çıxıb.

Portuqaliyalı mütəxəssis federasiya rəsmiləri ilə söhbətdə Azərbaycan futbolunun bu qərara hazır olmadığını bildirib.

Əlavə edib ki, liqanın o halda ləğv edilməsi məntiqli olar ki, Birinci Liqa və digər liqalar daha peşəkar keçirilsin.

Belədə ikinci komandalarından ayrılacaq 300-ə yaxın futbolçu gedib həmin çempionatlarda çıxış edə bilər.

İndiki halda isə aşağı liqaların peşəkarlığı, infrastruktur problemləri buna imkan vermir.

Əksinə, gənclərin karyerası erkən bitə bilər. Çünki Premyer Liqa xaric digər yarışlarda inkişaf üçün perepektiv yoxdur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti