Azərbaycan millisinin sabiq hücumçusu Leandro Qomeş sportal.az-a açıqlama verib.
Sportinfo.az xəbər verir ki, hazırda Braziliyada məşqçi kimi çalışan veteran forvard yığmamızın çıxışından danışıb.
Onun sözlərinə görə, komandamızın potensialı yüksəkdir:
“Həm Malta, həm də San Marino ilə görüşü izlədim. Təbii ki, milli hər iki komandaya qarşı yaxşı oynadı.
Milli Maltaya uduzsa da, daha çox qol epizodu yaratdı, daha yaxşı oynadı. Məncə, həmin görüşdə qələbəyə layiq idilər.
San Marino ilə matçda da Azərbaycan yaxşı oynayaraq qalib gəldi. Onsuz da, indi asan rəqib, asan komanda yoxdur. Qarşıda Millətlər L
iqasının oyunları var. Litva və Lixtenşteyn yığmalarını məğlub etmək mümkündür. Lakin dediyim kimi, asan rəqib yoxdur.
İnanıram ki, Azərbaycan millisi Millətlər Liqasında uğurlu nəticə qazanacaq. Allah Azərbaycan millisini qorusun, hər zaman yığma komanda üçün həyəcanlanıram".

