Qırğızlara uduzan baş məşqçi: “Mən hər zaman pozitiv qalıram”

17:20 Milli komanda 135
Qırğızlara uduzan baş məşqçi: “Mən hər zaman pozitiv qalıram”

Bəhreyn və Qırğızıstana qarşı keçirilən yoxlama oyunları Azərbaycanın U-21 millisi üçün faydalı olub.

Sportinfo.az xəbər verir ki, bu barədə milli komandanın baş məşqçisi Rəşad Eyyubov sosial şəbəkə hesabında yazıb.

O, Türkiyədəki təlim-məşq toplanışında baş tutan matçlarda yeni ideyaları və oyunçu kombinasiyalarını sınadıqlarını bildirib:

“Yeddi yeni futbolçu şans qazandı və inanıram ki, gələcəkdə komandada rəqabəti daha da artıracaqlar. Sentyabrda bizi üç həlledici oyun gözləyir.

Bu təlim-məşq toplanışı bizə çox məlumat verdi. İndi əsas məqsəd bu məlumatları düzgün təhlil edib növbəti oyunlara daha yaxşı hazırlaşmaqdır.

Mən hər zaman pozitiv qalıram və həm futbolçularıma, həm də məşqçilər heyətimə inanıram”.

Bəhreyni üç cavabsız qolla üstələyən U-21 Qırğızıstana 1:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti