Millinin 9-10 günlük Avstriya səfəri başa çatdı.
Təlim-məşq toplanışını bu ölkədə keçib, yoxlama görüşlərini Macarıstana salmış komandamız vətənə 1 qələbə, 1 məğlubiyyətlə dönür.
Ayxan Abbasov Avropa qafiləsində bir-iki nəfər istisna olmaqla, bütün futbolçulara şans verdi.
Sentyabrda stğart götürəcək Millətlər Liqasında hansı oyunçulara daha çox güvənə biləcəyini müəyyənləşdirmək mənasında bu səfər baş məşqçinin gözünün bir qədər açmalıdır.
Standartlaşmış və adiləşmiş «adətən, yoxlama matçlarının nəticəsi heç bir önəm daşımır» ifadəsinə söykənsək, gərək 3 ay sonranı gözəyək.
Üç ay isə bir igidin ömrüdür və bu müddət ərzində çox su axa bilər. Abbasovun qarşıdakı müdədtdə kimlərisə bir daha düşərgəyə çağırmaması da mümkündür, yeni adlara üz tutması da.
Görünən budur ki, o, müəyyən islahatlar aparmalı, yeniliklər etməlidir. Mahir Emreli, Nəriman Axunlzadə kimi bəzi adlara məcburi istirahət verməlidir.
Çünki öz klublarında oynamırlar - Mahir Almaniyada, Nəriman ABŞ-də vaxtını ehtiyat skamyada keçirir.
Təəssüf, heç biri Malta və San Marino önündə özünü yaxşı tərəfdən göstərmədi. Meydanda olduqları dəqiqələr ərzində yuxuludılar,
Yorğun görünməsələr də, oyuna yapışmadılar, yamağa və yumağa döndülər.
Gəldiyim qənaət: kim ki öz klubunda forma şansı qazanmır, milliyə çağırılmamalıdır.
Fərəq eləməz, onun adı Mahirdir, Nərimandır, ya Əliməmməd.
ELNUR

