Azərbaycan yığmasının baş məşqçisi yenidən evləndi

09:00 Milli komanda 320
Azərbaycan yığmasının baş məşqçisi yenidən evləndi

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Rəşad Eyyubov yenidən ailə həyatı qurub.

33 yaşında izdivaca girən mütəxəssis dünən Bakının tanınmış şadlıq saraylarından birində özünə toy edib.

Onun xoş gününə futbol ictimaiyyətinin nümayəndələri, yaxın dostları və məşqçi həmkarları yığışıb.

Türkiyə toplanışından qayıdar-qayıtmaz özünə məclis quran Eyyubov bir müddətdir tanış olduğu xanımla nigaha girib. Bu isə onun ikinci evliliyidir.

Gənclər komandasının çalışdırıcısının illər öncə boşandığını xatırladaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!