Yığmanın baş məşqçisinin yaşadığı problemlər - AÇIQLAMA

11:20 Milli komanda 81
Yığmanın baş məşqçisinin yaşadığı problemlər - AÇIQLAMA

Azərbaycan millisinin iyun ayında Malta (0:2) və San Marino (2:1) yığmaları ilə keçirdiyi son yoxlama oyunları komandanın hazırkı durumu ilə bağlı artıq müəyyən təsəvvürlər formalaşdırdı.

Bu matçların fonunda əsas sual millinin qarşıdakı UEFA Millətlər Liqası oyunlarında hansı nəticələrə iddia edə biləcəyidir.

Komanda.az mövzu ilə bağlı Sportinfo.az-ın təsisçisi İlkin Vaqifoğluma sual ünvanlayıb:

“Millinin oyunları bunu göstərdi ki, Millətlər Liqasına hələ tam hazır deyilik. Üç ay vaxt var və bu, kifayət qədər uzun müddətdir.

Düşünürəm ki, bu müddət ərzində millidə müəyyən dəyişikliklər görəcəyik. Ən azı, Ayxan Abbasovun Millətlər Liqasına aparacağı heyəti müəyyənləşdirmək baxımından bu son oyunların faydalı olduğunu düşünürəm.

Baş məşqçi gördü ki, milli komandada boşluqlar haradadır, kim hansı formadadır və biz nəyə ümid edə bilərik.

Ümumilikdə götürəndə, biz Millətlər Liqasında birinci yeri də tuta bilərik, çünki həmin vaxta qədər futbolçuların hansı vəziyyətdə olacağı və baş məşqçinin sisteminin milli komandada nə dərəcədə oturuşacağı çox önəmli rol oynayacaq.

Bəzi məqamlar isə üzücüdür. Məsələn, Abdulla Xaybulayevlə Anton Krivotsyuk arasında olan insident və eyni zamanda, standart vəziyyətlər zamanı yol verdiyimiz səhvlər də üzücüdür.

Digər tərəfdən, ümid verə biləcək məqam varsa, o da hər iki oyunda kifayət qədər qol vəziyyəti yaratmağımızdır.

Düşünürəm ki, bizim komandamız hər iki oyunda, xüsusən də, San-Marino ilə qarşılaşmada son 20–30 dəqiqədə oyundan düşdü.

Bu, məni narahat edir və göstərir ki, futbolçular hələ tam olaraq fiziki və psixoloji yorğunluqlarını üzərindən ata bilməyiblər.

Bütün bunları nəzərə alsaq, düşünürəm ki, bu, baş məşqçiyə Millətlər Liqasına qədər düşünmək üçün xeyli “material” verdi”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 İyun 18:10 Çək və bizə göndər!
10 İyun 09:00 Mahirin 1 günü - VİDEO