Nazarov əvəzləndi, 1 xaldan məhrum oldular - VİDEO

8 Dekabr 2019 09:28 Milli komanda 618
Nazarov əvəzləndi, 1 xaldan məhrum oldular - VİDEO

Almaniya II Bundesliqasında XVI tur başa çatmaq üzrədi. Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu "Aue" bu turu səfərdə keçirib.

Komanda "Hannover"in qonağı olub. Görüş aşağı pillələrdə qərarlaşan "Hannover"in 3:2 hesablı qələbəsi ilə nəticələnib. İlk dəqiqələrdən meydanda olan Nazarov 85-ci dəqiqədə əvəzlənib. Həmin vaxt hesab 2:2 olub.

Qarşılaşmanın 90-cı dəqiqəsində qol buraxan "Aue" meydanı məğlub tərk edib. Bu nəticədən sonra "Aue" 23 xalla 6-cı pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti