Millimizin futbolçusu Çexiyada növbəti qolu vurdu

11 Noyabr 2019 11:10 Milli komanda 849
Millimizin futbolçusu Çexiyada növbəti qolu vurdu

U-21 millimizin futbolçusu Fərid Nəbiyev Çexiyada növbəti dəfə fərqlənib.

Sportinfo.az xəbər verir ki, "Slaviya"nın B komandasının hücumçusu Çexiya Gənclər liqasının 14-cü turunda "Viktoriya" (Plzen) ilə səfər oyununda qol vurub.

Plzen futbolçularının 3:2 hesabı ilə qələbə qazandığı matçın 32-ci dəqiqəsində fərqlənən Fərid sonadək oynayıb. Nəbiyev bu mövsüm vurduğu qolların sayını 6-ya çatdırıb.

“Slaviya” 14 turdan sonra 21 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu