Azərbaycan millisinin baş məşqçisi Portuqaliyanı fikirləşir

15 Yanvar 2025 01:50 Milli komanda 836
Azərbaycan millisinin baş məşqçisi Portuqaliyanı fikirləşir

Azərbaycan millisinin baş məşqçisi Fernando Santuş Portuqaliya Futbol Federasiyasının 110 illik yubileyi münasibətilə keçirilən tədbirdə çıxış edib.

Sportinfo.az PFF-nın mətbuat xidmətinə istinadən xəbər veri rki, milli komandamızın çalışdırıcısı çıxışında Portuqaliya yığmasının keçmiş və gələcək uğurlarından bəhs edib:

“Keçmiş uğurlar heç vaxt keçmişdə qalmayacaq. Onlar həmişə Portuqaliya futbolunun bir parçası olacaq. İndi biz daha çox titul qazanması üçün komandamıza mümkün olan hər şəkildə dəstək olmalıyıq".

Portuqaliya Santuşun rəhbərliyi altında AVRO-2016 və 2018/19 Millətlər Liqasını qazanıb.

Tədbirdə Portuqaliya millisinin hazırkı baş məşqçisi Roberto Martinez və bu yığmada vaxtı ilə işləmiş digər mütəxəssis Luis Felipe Skolari də iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq