"Azərbaycanla çətin rəqibdir, onlarla yenidən oynamaq istəmirdik"

11 Fevral 2024 02:50 Milli komanda 723
"Azərbaycanla çətin rəqibdir, onlarla yenidən oynamaq istəmirdik"

Estoniyanın baş məşqçisi Tomas Heberli Millətlər Liqasında Azərbaycan, İsveç və Slovakiya ilə eyni qrupa düşməklərini şərh edib.

Sportinfo.az xəbər verir ki, “Soccernet”ə danışan isveçrəli mütəxəssis bunları deyib:

"Püşkatma zamanı birinci qrupu görəndə ümid edirdik ki, bu qrupa düşməyəcəyik, amma əksinə oldu. İsveç və Azərbaycanla yenidən oynamaq istəmirdik.

Püşkatma bizim üçün daha yaxşı ola bilərdi. Bu komandalarla bir-birimizi yaxşı tanıyırıq.

İsveç də, Azərbaycan da çətin rəqibdir. Slovakiya fiziki cəhətdən güclüdür. Mən bu matçları səbirsizliklə gözləyirəm".

Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 18:10 Çək və bizə göndər!
10 Fevral 17:40 Premyer Liqada yeri olmayan
10 Fevral 07:30 GÜNDƏM - Maaşlar artacaq