UEFA millimizin oyunlarını ləğv etdi - Avropa çempionatında

24 Fevral 2021 14:00 Milli komanda 1 252
UEFA millimizin oyunlarını ləğv etdi - Avropa çempionatında

UEFA İcraiyyə Komitəsinin iclası keçirilib.

Sportinfo.az xəbər verir ki, qurum koronavirus pandemiyası ilə bağlı bir sıra qərarlar çıxarıb.

Oğlanlar və qızlardan ibarət U-19-lar arasında Avropa çempionatının 2020/21 mövsümü ləğv edilib. Azərbaycan milli komandalarının turnirlərdəki görüşləri də baş tutmayacaq.

Futzal üzrə Çempionlar Liqasının 2020/21 mövsümünün final oyununun yeri dəyişdirilib. Matç Belarusda deyil, Xorvatiyada təşkil olunacaq. Aprelin 28-dən mayın 3-dək olan müddətə təsadüf edəcək finalı Minskin əvəzinə Zaqreb qəbul edəcək.

U-21-lərin Avropa çempionatının final mərhələsində beyin silkələnməsi şübhəsi səbəbindən iki əlavə oyunçu dəyişikliyi sınanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"