Erməninin öldürmək istədiyi türkiyəli idmançı Azərbaycan əsgərlərinə dəstək oldu

15 İyul 2020 21:00 Maraqlı 1 320
Erməninin öldürmək istədiyi türkiyəli idmançı Azərbaycan əsgərlərinə dəstək oldu

Türkiyəli məşhur MMA döyüşçüsü Batuhan Akduman Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində baş verən toqquşmaya biganə qalmayıb.

Sportinfo.az xəbər verir ki, B.Akduman şəhid olan Azərbaycan əsgərlərinin fotolarını sosial şəbəkədəki hesabından paylaşıb.

O "Yaxın zamanda gələcəyik. Sabah bütün oralar, dəmir biləklərdəki çəlik qılınclarındır" sözləri ilə Azərbaycan əsgərinə öz dəstəyini də nümayiş etdirib.

Batuhan Akdumanı erməni idmançıRafael Abrahamyan yarış zamanı qəsdlə boğaraq öldürməyə cəhd etmişdi. Hadisə ötən ilin oktyabr ayında baş vermişdi. Erməni idmançının bu hərəkəti sosial şəbəkədə bütün avropa idmansevərləri tərəfindən sərt təpki almışdı.

Digər Xəbərlər
Xəbər Lenti