99 faiz effektli korona peyvəndi hazırladı - Çin

31 May 2020 09:00 Maraqlı 448
99 faiz effektli korona peyvəndi hazırladı - Çin

Çində 99 faiz effektiv olacağı bildirilən koronavirus peyvəndi hazırlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı İngiltərə mediası yayıb.

Məlumata görə, “Sinovac” şirkətinin və çinli alimlərin birlikdə hazırladığı peyvəndin hazırda klinik sınaqların ikinci mərhələsində olduğu və 1000 nəfərdən çox könüllünün bu peyvəndin sınaqlarda iştirak edəcəyi bildirilir.

Sözügedən peyvəndin adının isə "CoronaVac" olduğu qeyd edilib. Meymunlar üzərində sınaqdan keçirilən peyvəndin onları koronavirusdan qoruduğu bildirilib.

Şirkət sözügedən peyvəndlə bağlı açıqlamasında meymunlar üzərindəki uğurlu sınaqdan sonra onun insanlar üzərində də sınanılmasının lazım olduğunu bildərərək, onun 3 mərhələdə aparılcağını qeyd edib: "Bu peyvənd haqqında müzakirələr aparmaq hələlik tezdir. Bəzi Avropa ölkələri ilə təmasdayıq".

Digər Xəbərlər
Xəbər Lenti