Anasını klub prezidenti edən, pula görə karyerasını bitirən, “düşmən”i alanlar...

10 May 13:40 Maraqlı 615
Anasını klub prezidenti edən, pula görə karyerasını bitirən, “düşmən”i alanlar...

Bir çox məşhur futbolçular karyeralarını bitirdikdən sonra və ya bitirməmiş hər hansısa klubun səhmlərinin bir hissəsini (tamını da ola bilər) alırlar.

Sportinfo.az xəbər verir ki, "Yeni Sabah" həmin futbolçularla bağlı kiçik araşdırma edib. Bu futbolçulardan bəziləri karyeralarını bitirsə də, hələ də futboldan qopa bilməyiblər:

Devid Bekhem

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Devid Bekhem ölkə çempionatının beşinci divizionunda çıxış edən "Salford Siti” klubunun səhmlərinin 60 faizini keçmiş komanda yoldaşları Pol Skoulz, Rayan Giqz, Fil Nevil, Qary Nevil və Niki But (hər biri 10 faiz) ilə birgə əldə edib. Eyni zamanda, 44 yaşlı sabiq oyunçu 2014-cü ildə ABŞ-ın "İnter Mayami” klubunu alıb. "İnter Mayami” 2020-ci ildə MLS çempionatında iştirak edəcək.

Ronald Nazario

Braziliya yığmasının, "Real", "Barselona" kimi klubların sabiq futbolçusu Ronaldo 2018-ci ildə İspaniya təmsilçisi "Valyadolid”in səhmlərinin 51 faizinə yiyələnib. Keçmiş hücumçunun səhmlər üçün 30 milyon avro ödədiyi bildirilir.

Zlatan İbrahimoviç

İsveçli futbolçu Zlatan İbrahimoviç ötən ay ölkəsinin “Hammarbü” klubunun səhmlərinin 50 faizini alıb. Yüksək liqada çıxış edən "Hammarbü" Zlatanın yetişdiyi, ona dogma olan “Malmö”nün əzəli, rəqibi "düşmən"idir. Futbolçunun ABŞ-ın “Los-Anceles Qelaksi” klubu ilə ilin sonunda müqaviləsi başa çatacaq.

Eden Hazard

2018-ci ildə "Real"ın futbolçusu Eden Hazard vaxtı ilə "Lill"də komanda yoldaşları olan Mussa Sov və Yohan Kabaye birlikdə Cənubi Amerikada "San-Dieqo" klubunu yaradıblar. Burada əsas iş Hazardın "Çelsi"də bir yerdə oynadığı Demba Banın üzərinə düşüb. Keçmiş "Çelsi"li klub yaratmaq təklifini irəli sürən şəxs olub. Daha sonra adını qeyd etdiyimiz digər futbolçulardan yardım alıb.

Alessandro Del Pyero

İtaliya millisinin sabiq futbolçusu Alessandro Del Pyero 2018-ci ildə ABŞ-ın LA10 futbol klubunu alıb.

Anderson Taliska

Keçmiş "Beşiktaş"lı futbolçu Anderson Talisca bu ilin mayında Brazilyanın “Sport Olimpiya” klubunu alıb və anası İvone Souzanı klubun prezidenti təyin edib. Bununla da futbolçu uşaqlıq arzusunu reallaşdırıb.

David Vilya

2014 - 2018-ci illərdə ABŞ-ın "Nyu-York Siti" klubunda forma geyinən İspaniya milli komandasının sabiq futbolçusu David Vilya cari ildə ABŞ-ın "Kuinsboro" klubunun sahiblik hüququna yiyələnib. "Kuinsboro" 2020/2021 mövsümündən ABŞ-ın MLS-dən sonra səviyyəcə ikinci liqası sayılan USL-də mübarizəyə başlayacaq.

Jerrar Pike

"Barselona"nın üzvü Jerar Pike İspaniyanın aşağı liqasında çıxış edən "Ximnastik Manres"in səhmlərini alıb. 32 yaşlı müdafiəçi "Ximnastik Manres"i yanvarda aldığı "Andorra"nın filialı etmək niyyətindədir. Dünyaca məşhur futbolçularla yanaşı, Azərbaycanda da futbol sahəsində çalışanlardan klub idarəçiliyində olanlar var. Onları da sizin diqqətinizə çatdırırıq:

Musa Qurbanov

Karyerası ərzində "Neftçi", "Turan Tovuz, "Zaqatala", "Kəpəz", "Göyəzən" kimi klublarda forma geyinən Zaur Qurbanov hazırda birinci divizionda iştirak edən "Zaqatala" klubunun prezidentidir.

Ceyhun Sultanov

"Neftçi", "Kəpəz", "Xəzər-Lənkəran" kimi klublarda forma geyən sabiq futbolçu Ceyhun Sultanov 2018-ci ildən "Neftçi"də idman direktoru vəzifəsindədir.

Tahir Süleymanov

Keçmiş futbol hakimi Tahir Süleymanov "Neftçi" klubunun sabiq vitse-prezidenti olub.

Vüqar Nadirov

Azərbaycan milli komandasının və "Qarabağ"ın sabiq hücumçusu Vüqar Nadirov ötən ay "Baku Sporting" klubunun idman direktoru vəzifəsinə təyin olunub.

Ruslan Həmidov

Azərbaycan Region liqasında çıxış edən "Energetik" klubunun sabiq futbolçusu Ruslan Həmidov cari ilin martından bu klubun prezidentidir. O açıqlamalarının birində futbolla erkən vidalaşmasının səbəbi kimi "Energetik"in maddi çətinliklərlə üzləşməsi və klubun ona ehtiyyacı olduğunu söyləmişdi. Onun 33 yaşı var.

Digər Xəbərlər
Xəbər Lenti
27 May 20:20 Artur qərarın verdi
26 May 22:40 Qurbanov lazım deyil?