
Tanınmış futbol şərhçisi Elnur Məmmədov karantin gündəliyini paylaşıb. Sportinfo.az bu maraqlı qeydləri oxucularıyla tanış edir:
Saat 09.00. Gözümü açıram, ətrafa baxdıqdan sonra yenidən yuxuya getməyə çalışıram.
12.20. Axır ki, qalxmaq lazımdır. Buna qədər xəbər saytları, Facebook, twitter--ə göz gəzdirirəm. Yenə manşetləri müxtəlif təşkilatların Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayırdığı rəqəmlər bəzəyir.
12.25. Gündə 10 dəfə üzümü görməkdən bəzən sabunun qarşısındayam: "Sabahın, lənət şeytana günortan xeyir. Hələ Allah bilir, neçə gün biz ayrılmaz dostlar olacağıq".
12.35. Can dərdi bir stəkan çay içib, bu dəfə Evronews-da Milanın, Madridin, Avropanın digər şəhərlərinin boş küçələrinə baxıram.
12.55. Bu dəfə Cavidlə həyətdə (həyət evinin üstünlüyü) topla paslasiriq.
13.15. Yenə divan, yen mobil telefon. Fatih Terim xəstələnib, Olimpiya oyunları təxirə salınmaq üzrədir. Həyətdən ahıl qonşumuzun səsi gəlir "a bala, mən indi bütün günü evdə oturmaliyam?". Heç mən çıxmıram bayıra, otur da evində-esiyində.
13.30. Oxuyub qutardigim kitablara baxıram. Əhməd Ağaoğlunun "Xatirələri"ndə Atatürkün yeyib-içmək səhnələri yadıma düşür, paxıllıq edirəm. "General Denstervilin gözü ilə 1918-dəki Bakını xatırlamaq istəyirəm. Ömər Faiq Nemanzadənin xatirələrindəki Tiflis səhnələri gözümün önünə gəlir. Ax, indi orda Kürun sahilində olmaq var idi. Nəhayət, o biri kitab Nodar Dumbadzenin "Ağ bayraqları"nda zonda yatanlar kimi özümü hiss etsəm də, başa düşürəm ki, bu, zəruridir.
14.07. Mətbəxdən dadlı yemək iyisi gəlir. Karantinin növbəti günlərində görüşənədək.