Futbolçunun cazibədar və idmançı xanımı - FOTOLAR

26 Yanvar 2020 16:35 Maraqlı 1 491
Futbolçunun cazibədar və idmançı xanımı - FOTOLAR

Ukrayna futbolunun tanınmış simalarında Yevgeni Konoplyanka təkcə oyunu yox, şəxsi həyatı ilə də tez-tez gündəmə gəlir.

Sportinfo.az xəbər verir ki, hazırda Kiyev "Dinamo"sunda çıxış edən yarımmüdafiəçini diqqət mərkəzində saxlayan səbəblərdən biri də həyat yoldaşı Viktoriyadır. Futbolçu ilə 2008-ci ildə tanış olan xanım badmintonla məşğul olur. O, artıq idman ustasıdır.

2014-cü ildə evlənən cütlüyün Zlata və Damir adlı iki övladı var. İki uşaq dünayaya gətirməsinə baxmayaraq, daim idmanla məşğul olan Viktoriya əla formadadır.

Tez-tez həyat yoldaşının iştirakı ilə keçirilən matçları tribunadan canlı izləyən xanımın əvvəllər futboldan anlayışı olmayıb. Ukrayna millisinin üzvü ilə tanış olduqdan sonra isə bu idman növü ilə maraqlanmağa başlayıb. Deyilənə görə, Viktoriya əvvəllər futbol terminlərindən yalnız "aut" sözünü bilirmiş.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”