Statistikaya baxıb qərar verin - Ronaldo, yoxsa Messi?

20 Noyabr 2019 11:48 Maraqlı 2 467
Statistikaya baxıb qərar verin - Ronaldo, yoxsa Messi?

Dünya futbolunun liderləri - Kriştiano Ronaldo və Lionel Messinin dünyanın hansı milli komandalarına qol vurması açıqlanıb.

Sportinfo.az xəbər verir ki, Uruqvayla yoldaşlıq görüşündə fərqlənən argentinalı ulduz millilər səviyyəsində dünyada ən çox qol vuran ikinci futbolçu - Ronaldodan artıq 29 top geri qalır.

Portuqaliyalı ulduz aktivindəki 99 qolla futbol tarixinin bombardiri (milli səviyyəsində) - cənublu soydaşımız Əli Daenin rekordundan cəmi 10 qol geri qalır. 34 yaşlı "Yuventus"lunun karyerasını davam etdirdiyini nəzərə alsaq, rekordu qıracağı inandırıcı görünür.

Ronaldonun yığmada qol vurduğu komandalar: Litva - 7 qol; Andorra, Ermənistan, Latviya, Lüksemburq, İsveç - 5; Estoniya, Farer adaları, Macarıstan, Hollandiya - 4; Belçika, Danimarka, Şimali İrlandiya, Rusiya, İspaniya, İsveçrə - 3; Azərbaycan, Bosniya və Herseqovina, Kamerun, Kipr, Çexiya, Misir, Qazaxıstan, Səudiyyə Ərəbistanı - 2; Argentina, Xorvatiya, Ekvador, Finlandiya, Qana, Yunanıstan, İslandiya, İran, Mərakeş, Yeni Zelandiya, Şimali Koreya, Panama, Polşa, Serbiya, Slovakiya, Ukrayna, Uels - 1.

Messinin yığmada qol vurduğu komandalar: Braziliya, Paraqvay, Uruqvay - 5 qol; Venesuela, Ekvador - 4; Kolumbiya, Çili, İsveçrə, Boliviya, Nigeriya, Meksika, Panama, Haiti, Qvatemala - 3; İspaniya, Xorvatiya, Əlcəzair, Honq-Konq, Nikaraqua - 2; Fransa, Almaniya, Portuqaliya, Peru, İran, ABŞ, Sloveniya, Albaniya, Bosniya və Herseqovina, Serbiya - 1.

Digər Xəbərlər
Xəbər Lenti