PSJ-nin sahibi İngiltərədən də klub alır

19 Noyabr 2019 20:48 Maraqlı 1 020
PSJ-nin sahibi İngiltərədən də klub alır

"Gatar Sports Investments Group" və PSJ-nin sahibi Nasir Qənim Əl-Xəlaifi İngiltərədən klub almağa hazırlaşır.

Sportinfo.az xəbər verir ki, ərəb milyarder adanın köklü klublarından "Lids Yunayted"ə "elçi" düşüb.

Bir müddətdir klub rəhbərliyi ilə əlaqədə olan iş adamı artıq danışıqları sürətləndirib. Britaniya mətbuatı tərəflərin hətta ilkin razılığa gəldiyini iddia edir.

Əfsanəvi argentinalı mütəxəssis Marselo Byelsanın baş məşqçisi olduğu "Lids Yunayted" ötən mövsüm "Çempionşip"dən Premyer Liqaya qayıtmağa çox yaxın olsa da, imkanları son turlarda əldən vermişdi. Hazırda mübarizə apardığı səviyyəcə ikinci liqada 16 turdan sonra 31 xalla 24 komanda arasında turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan kollektiv lider "Vest Bromviç"dən 2 xal geri qalır.

Nasir Qənim Əl-Xəlaifi 2011-ci ildən Paris klubunun səhmlərin sahibidir. Onun gəlişindən sonra PSJ Liqa-1-də 2012-ci ildən bu yana 6 dəfə ardıcıl Fransa çempionu adını qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 08:30 Birinci kim danışacaq?
18 Sentyabr 05:00 Açıq Qapı Günü oldu
18 Sentyabr 04:30 "Grace of Nature" Qazaxda
18 Sentyabr 04:00 Bir də söyüş söymə!