Yeddi qol vuran hücumçusunu Slovakiya klubuna SATDILAR

28 İyul 01:00 Qəbələ 1 622
Yeddi qol vuran hücumçusunu Slovakiya klubuna SATDILAR

“Qəbələ” hücumçusu Prins Ovusu ilə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, əyalət təmsilçisionun transferi ilə bağlı Slovakiyadan “Dunayska Streda” nın təklifini müsbət cavablandırıb.

Tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.

20 yaşlı vinger 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından “Qəbələ”yə cəlb olunmuşdu. O, “Qəbələ”nin heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
21 Sentyabr 18:10 Çək və bizə göndər!