Komanda yoldaşları ilə münaqişə yaşadı, məşqi buraxdı

27 İyul 22:00 Hadisə 355
Komanda yoldaşları ilə münaqişə yaşadı, məşqi buraxdı

“Santos”un hücumçusu Neymar komanda yoldaşları ilə yaşandığı iddia olunan gərginlikdən sonra məşqi buraxıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı matçdan bir gün sonra klubun bazasına gəlsə də, şəkil çəkdirib qəhvə içdikdən sonra məşqdə iştirak etmədən oranı tərk edib.

Onun məşqçilər heyətinin proqramında nəzərdə tutulan bərpa məşqinə qatılmadığı bildirilib.

Daha əvvəl mətbuatda 34 yaşlı forvardın Qabriel Bontemponu “axmaq” adlandırdığı və “Şapekoense” ilə 2:2 hesablı heç-heçədən sonra Joao Ananyasla mübahisə etdiyi yazılıb.

Neymar isə bu iddiaları təkzib edərək, bunun bütün komanda ilə adi söhbət olduğunu bildirib. “Santos” rəhbərliyi də paltardəyişmə otağında baş verdiyi deyilən hadisənin səbəblərini araşdırmağa başlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
12 Sentyabr 18:10 Çək və bizə göndər!
12 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM