“Mançester Yunayted” hücumçusunu onunla dəyişdirəcək?

00:10 İngiltərə 83
“Mançester Yunayted” hücumçusunu onunla dəyişdirəcək?

“Mançester Yunayted”in hücumçusu Markus Reşford karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Sportinfo.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, ingiltərəli futbolçu “qırmızı şeytanlar”la “Roma” arasında fransalı yarımmüdafiəçi Manu Konenin transferi üzrə mümkün sözləşməyə daxil edilə bilər.

Bu keçidin reallaşmasına mane ola biləcək əsas amil Reşfordun yüksək maaşıdır. Hücumçu ildə təxminən 11 milyon avro qazanır.

28 yaşlı Reşford 2025/26 mövsümünü icarə əsasında “Barselona”da keçirib. O, Kataloniya təmsilçisinin heyətində 49 oyunda meydana çıxaraq, 14 qol vurub və 11 məhsuldar ötürmə verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 18:10 Çək və bizə göndər!