Türkiyənin iki klubu 300 min dolları Azərbaycan yığmasının hücumçusuna çox görür

11:00 Gündəm 183
Türkiyənin iki klubu 300 min dolları Azərbaycan yığmasının hücumçusuna çox görür

Azərbaycan yığmasının hücumçusu Renat Dadaşov hazırda Türkiyədən iki klubla danışıqlar aparır.

O, bir müddətdir «Vanspor» və «Bodrumspor»la təmas halındadır.

Görüşmələrin hələ konkret nəticəsi yoxdur. Çünki millimizin üzvünün maliyyə şərtləri qarşı tərəfə bir qədər çox gəlir.

Onlar illik 300 min dollar ödəniş tələb edən Dadaşova bu qədər pul verməyə tərəddüdlə yanaşırlar.

27 yaşlı ön xətt oyunçusu son mövsümdə «Motor»un formasını geyinib. İyundan bəri isə azad agent statusu daşıyır.

O. daha öncə “Ayntraxt“, “Eştoril”, “Vulverhempton”, “Pakoş Ferreyra”, “Qrasshopper”, “Tondela”, “Hatayspor”, “Ankaragücü” və “Radomiak”da çıxış edib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 18:10 Çək və bizə göndər!