Müdafiəçisi ilə yeni müqavilə bağladı - Premyer Liqa nəhəngi

28 İyul 01:40 İngiltərə 490
Müdafiəçisi ilə yeni müqavilə bağladı - Premyer Liqa nəhəngi

Xorvatiya millisinin müdafiəçisi Yoşko Qvardiol klubu “Mançester Siti” ilə yeni müqaviləyə imza atıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər müddəti 2031-ci ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə bağlayıblar.

Qvardiol “şəhərlilər”in düşərgəsində komandanın əsas fiqurlarından biri hesab olunur.

24 yaşlı müdafiəçi ötən mövsüm İngiltərə Premyer Liqasında 18 oyunda meydana çıxıb, 2 qol vurub və eyni sayda məhsuldar ötürmə verib.

“Transfermarkt” portalı xorvatiyalı futbolçunun bazar dəyərini 70 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti