İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi - QALMAQALLI OLAY

28 İyul 10:20 Dünya futbolu 633
İcazəsiz bazadan qaçdı, futbolçuları təhqir etdi - QALMAQALLI OLAY

“Santos”un ulduz hücumçusu Neymar qalmaqallı addımı ilə yenidən gündəmə gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.

Nəşr yazır ki, Braziliya A Seriyasının “Şapekoense” ilə matçından sonra baza ərazisində səhər yeməyi yeyən və bir neçə foto çəkdirən təcrübəli futbolçu icazəsiz şəkildə oradan ayrılıb.

O, komandanın bərpa məşqinin nəzərdə tutulmasına baxmayaraq, bazanı özbaşına tərk edib. Həmçinin bildirilir ki, Neymar matçın fasiləsində komandanın gənc futbolçularını təhqir edib.

Xatırladaq ki, bir qədər əvvəl Neymar poker turnirində iştirak etdiyinə görə ünvanına səslənən tənqidlərə sərt cavab vermişdi.

Digər Xəbərlər
Xəbər Lenti