Elit kateqoriyalı hakimlər “Neftçi”nin bazasında fitness testini başa vurdu - FOTOLAR

03:30 Hadisə 49
Elit kateqoriyalı hakimlər “Neftçi”nin bazasında fitness testini başa vurdu - FOTOLAR

AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi tərəfindən yeni futbol mövsümünə hazırlıq planına uyğun olaraq, Elit kateqoriyalı baş və köməkçi hakimlər üçün növbəti fiziki normativ üzrə fitness test təşkil edilib.

Sportinfo.az xəbər verir ki, iyulun 26-27-də “Neftçi”nin təlim-məşq bazasında baş tutan sınaqlar UEFA və FIFA-nın müasir tələblərinə uyğun şəkildə keçirilib.

Fitness testlərin əsas məqsədi Elit kateqoriyalı hakimlərin sürət, dözümlülük, çeviklik və yüksək intensivlikli qaçış göstəricilərini qiymətləndirmək, eləcə də onların gərgin matçlara fiziki baxımdan tam hazır olub-olmadıqlarını yoxlamaqdır.

Hakimlər FIFA standartlarına cavab verən xüsusi qısamüddətli sürətlənmə (sprint) və interval qaçış normativlərini yerinə yetiriblər.

Testlərin nəticələrinə əsasən, hakimlərin hamısı müəyyən olunmuş normativləri uğurla tamamlayaraq yüksək fiziki hazırlıq nümayiş etdirib.

AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi hakimlərin fiziki və nəzəri hazırlıq səviyyəsinin daim yüksək saxlanılması, matç idarəçiliyində keyfiyyətin artırılması istiqamətində bu cür yoxlamaları mövsüm ərzində də davam etdirəcək.

Elit kateqoriyalı futbol hakimləri fitness testini başa vurublar

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 18:10 Çək və bizə göndər!