DÇ-2026-nın finalını idarə etdi, sonra karyerasını bitirdi

DÇ-2026-nın finalını idarə etdi, sonra karyerasını bitirdi

Sloveniya Futbol Federasiyası tanınmış referi Slavko Vinçiçin hakimlik karyerasını başa vurduğunu rəsmən açıqlayıb.

Sportinfo.az xəbər verir ki, federasiyanın yaydığı bəyanatda bildirilir:

“ABŞ-də keçirilən dünya çempionatının finalından bir həftə sonra Slavko Vinçiç dünya futbolunun zirvəsində tarixi hakimlik karyerasını rəsmi olaraq başa vurdu.

2026-cı il Dünya Çempionatının finalını idarə etməklə o, adını futbol hakimliyinin əfsanələri sırasına yazdırdı”.

Xatırladaq ki, Vinçiç 2026-cı il dünya çempionatının baş hakimi seçildiyində göz yaşlarını saxlaya bilməmişdi və bu görüntülər sosial şəbəkələrdə maraqla qarşılanmışdı.

Beləliklə onun sonuncu idarə etdiyi oyun Argentina və İspaniya milliləri arasında keçirilən final görüşü oldu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 İyul 18:10 Çək və bizə göndər!