“Sportinfo"nun əməkdaşı “Qələmlə meydana” müsabiqəsində iki nominasiya üzrə qalib oldu - - FOTOLAR

22:20 Gündəm 93
“Sportinfo"nun əməkdaşı “Qələmlə meydana” müsabiqəsində iki nominasiya üzrə qalib oldu - - FOTOLAR

Milli Mətbuat Gününün 151-ci ildönümü münasibətilə “İmişli” Peşəkar Futbol Klubunun təşkil etdiyi “Qələmlə meydana” jurnalist müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Sportinfo.az xəbər verir ki, 24 iyul tarixində baş tutan tədbirdə klub rəhbərliyi, müsabiqənin münsiflər heyətinin üzvləri, qaliblər və media nümayəndələri iştirak ediblər.

Müsabiqədə "Sportinfo"nun əməkdaşı Xanoğlan İmanov iki nominasiya üzrə qaliblər sırasında yer alıb.

İmanov “Mövsümün jurnalisti” nominasiyasında I yerə, “Mövsümün reportajı” nominasiyasında isə II yerə layiq görülüb.

Çıxış edən Xanoğlan İmanov göstərilən diqqətə və yüksək qiymətləndirməyə görə “İmişli" rəhbərliyinə, müsabiqənin təşkilatçılarına və münsiflər heyətinə təşəkkürünü bildirib. Belə bir təşəbbüsün idman mediasının inkişafı baxımından əhəmiyyətli olduğunu vurğulayıb.

Müsabiqənin münsiflər heyətində Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Mətbuat Şurasının icraçı katibinin müavini İlqar Tağıyev, “Sportinfo.az”ın redaktoru İlkin Fikrətoğlu və “Futbolpress.az”ın baş redaktoru Elçin Cəlilov yer alıblar.

Tədbirin sonunda qaliblərə sertifikat və pul mükafatları təqdim olunub.

“İmişli” tərəfindən ilk dəfə təşkil olunan “Qələmlə meydana” jurnalist müsabiqəsi beş nominasiya üzrə keçirilib: “Mövsümün jurnalisti”, “Mövsümün reportajı”, “Mövsümün yazısı”, “Mövsümün bloqu” və “Mövsümün podkastı”.

“İmişli” tərəfindən əsası qoyulan “Qələmlə meydana” jurnalist müsabiqəsinin bundan sonra hər il ənənəvi olaraq keçirilməsi nəzərdə tutulur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti