“Qarabağ” müqaviləni uzatmadı, Belçikanın yüksək liqa təmsilçisinə getdi

28 İyul 10:40 Qarabağ 1 309
“Qarabağ” müqaviləni uzatmadı,  Belçikanın yüksək liqa təmsilçisinə getdi

“Qarabağ”ın sabiq legioneri Emmanuel Addaininin yeni komandası müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Belçikanın yüksək liqa təmsilçisi “OH Leuven” 24 yaşlı qanalı cinah hücumçusu heyətinə qatdığını açıqlayıb.

Onunla 2029-cu ilin yayına qədər müqavilə imzalanıb. Addai yeni komandasında 7 nömrəli formanı geyinəcək.

Addai 2024-26-cı illərdə “Qarabağ”da oynayıb. Bu yay onunla başa çatan müqavilənin müddəti uzadılmayıb.

Digər Xəbərlər
Xəbər Lenti