“Qarabağ”ın Avropa Liqasının II təsnifat mərhələsində Bakıda ÇSKA ilə keçirdiyi ilk oyunda zədələnən Bruno Lanqanın durumuna aydınlıq gəlib.
Sportinfo.az xəbər verir ki, görüşün 55-ci dəqiqəsində ayağından zərbə aldığı üçün Elvin Cəfərquliyevlə əvəzlənən 28 yaşlı müdafiəçinin zədəsi ciddi deyil.
Mozambikli futbolçuda hər hansı problem aşkarlanmayıb və o, komanda ilə məşqlərini davam etdirir.
Komandalar arasında Bakıda keçirilən ilk görüş qolsuz heç-heçə (0:0) ilə başa çatıb. Cavab oyunu iyulun 30-da Sofiyada keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

