Andrea Pirlo İtaliya millisinin baş məşqçisi təyin edilməyəcək

28 İyul 01:30 İtaliya 492
Andrea Pirlo İtaliya millisinin baş məşqçisi təyin edilməyəcək

“Milan”ın və “Yuventus”un sabiq futbolçusu Andrea Pirlo İtaliya millisinin baş məşqçisi təyin edilməyəcək.

Sportinfo.az “Sky Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssisin Birləşmiş Ərəb Əmirliklərinin “Yunayted” (Dubay) klubu ilə qüvvədə olan müqaviləsinə xitam verilməsi və daha sonra İtaliya Futbol Federasiyası ilə müqavilə imzalaması üçün planlaşdırılan bütün görüşlər ləğv edilib.

Federasiyanın prezidenti Covanni Malaqo hələlik Pirlonun təyinatı ilə bağlı prosesin davam etdirilməsinə razılıq verməyib.

Həmçinin, qeyd olunur ki, federasiyanın texniki direktoru Paolo Maldini və onun müşaviri Leonardo Nasimento Pirlo milliyə baş məşqçi təyin olunmasa, istefa verə bilərlər.

Daha əvvəl Pirlonun Rusiya bukmeker şirkəti ilə əməkdaşlığının İtaliyada geniş rezonans doğurduğu və bunun onun milli komanda ilə mümkün müqaviləsinə təsir göstərə biləcəyi barədə xəbərlər yayılmışdı.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi