Qalmaqallı gözəl yenidən futbola qayıdır - FOTOLAR

02:50 Maraqlı 157
Qalmaqallı gözəl yenidən futbola qayıdır - FOTOLAR

Məşhur futbolçu Pol Poqba “Monako” ilə müqavilə imzalayaraq, 2 illik dopinq cəzasından sonra böyük futbola qayıtdı.

32 yaşında bunu etmək asan deyil. Amma uğurlu dönüş nümunələri var. Onlardan biri ingilis qadın futbolçusu Madlen Raytdır

Publika.az xəbər verir ki, Madlen 1998-ci ildin sentyabrın 18-də Londonda doğulub. Tezliklə 27 yaşı tamam olacaq. Uşaqlıqdan futbolla maraqlanıb,

10 yaşında idman məktəbinə yazılıb. İlk peşəkar müqaviləsini “Çarlton”la imzalayıb və 2020-ci ilin sonuna qədər bu klubda çıxış edib.

Lakin həmin il karyerası qəfil dayanıb. Səbəb? Şəbəkədə Madlenin şampan içdiyi və “zövq qazı”ndan istifadə etdiyi video yayılıb. “Çarlton” dərhal onunla müqaviləni pozub. Klub bu qərarı oyunçunun həm idman rejimini pozması, həm də imicinə ciddi zərbə vurması ilə əsaslandırılıb.

“Gənc idim və vəziyyətimi dərk etmirdim. "Çarlton" mənim üçün ikinci ailə idi və klubdan qovulmaq qəlbimi qırdı. Özümü bütün dünyadan günahkar hiss edirdim”, – deyə Rayt həmin günləri xatırlayıb.

Yeni klub axtarışları nəticəsiz qalıb. Rayt başqa yol seçdi. Parlaq görünüşü sayəsində "OnlyFans" platformasında populyarlıq qazandı. Futboldan qat-qat çox gəlir əldə etməyə başladı. Ev aldı, özü üçün rahat həyat qurdu.

Amma futbol sevgisi onu tərk etməyib. 2023-cü ilin sentyabrında “Leyton Oryent” ona şans verib və Madlen üç illik fasilədən sonra yenidən yaşıl meydanlara qayıdıb. “Bəzən bir addım geri çəkilmək, yenidən qurulmaq və daha güclü olmaq lazımdır. Mən qüsursuz deyiləm, amma artıq keçmişlə yaşamıram. Daha çox zəhmət, intizam və məqsəd!” – deyə o, dönüşü münasibəti ilə sosial şəbəkədə paylaşım edib.

Bu ilin yayında Rayt “Çethem Taun”a keçib və hazırda bu klubun azarkeşlərini sevindirir. Deyilənə görə, onun gəlişindən sonra mövsümlük abonementlər rekord sürətlə satılıb.

İndi Madlen Rayt futbolun həm çətinlikləri, həm də ikinci şansların mümkünlüyünü sübut edən parlaq nümunədir.

Digər Xəbərlər
Xəbər Lenti