Üçqat SSRİ çempionu İvan Yaremçukun DÇ-2026-nın seçmə mərhələsində keçirilən Ukrayna – Azərbaycan oyunu öncəsi Polşada həbs olunduğu məlum olub.
Sportinfo.az xəbər verir ki, bu barədə məlumatı onun qardaşı yayıb.
Matçla bağlı Polşaya yollanana 63 yaşlı veteran futbolçu Krakov hava limanında polis tərəfindən saxlanılıb.
Yaremçuk 1988-ci ildə Avropa Kubok Qalibləri Kubokunun qalibi olub, 1986 və 1990-cu illərdə keçirilən dünya çempionatlarında çıxış edib.
Onun bir müddətdir qumar asılılığından əziyyət çəkdiyi, bunun da evini və bütün əmlakını itirdiyi bildirilir.

