"Kəpəz" rəhbərliyi Azər Məmmədovu aldadıb.
Belə ki, bölgə klubu mövsümün əvvəlində mütəxəssislə görüşüb və ona akademiyanın rəhbər vəzifəsi təklif edilib.
Tərəflər bütün detallarda razılıq əldə edib.
Qalıb bircə işə çıxması.
Amma aradan 3 ay zaman ötsə də Məmmədov hələ də yeni işinin icrasına başlamayıb.
Tərəflər sonrakı müddətdə dəfələrlə telefonda danışıb, hal-əhval tutublar.
Amma vəzifənin icrası bu gün-sabah vədləri ilə uzanır.
Xatırladaq ki, əslən gəncəli olan Azər Məmmədov klubda futbolçu kimi top qovub, baş məşqçi kimi çalışıb.
SPORTİNFO.AZ

