Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun hücumçusu Kriştiano Ronaldo optimal fiziki formanın qorunmasında yuxunun önəmini açıqlayıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yatmalı və oyanmalı olduğu vaxtı dəqiq izlədiyini söyləyib:
“Mən yatmalı və oyanmalı olduğum vaxtı dəqiq izləyirəm. Həyatımızda sağlamlığı qorumaq baxımından bəlkə də, ən vacib şey budur”.
O, bildirib ki, adətən gecə yarısından gec olmayaraq yatır.
40 yaşlı futbolçu cari mövsümdə bütün turnirlərdə 7 oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

