Bu da bəh-bəhlə müdafiəsinə qalxdığımız, şans almasını istədiyimiz YERLİ

19:00 Kəpəz 506
Bu da bəh-bəhlə müdafiəsinə qalxdığımız, şans almasını istədiyimiz YERLİ

Yerli futbolçuları ən çox dəstəkləyənlərdən biriyəm. Ki, onlara şans vermək, inkişafına yol açmaq lazımdır.

Nəyə lazımdır yersiz əcnəbilərə meydan vermək?

Məsələn, "Kəpəz"in yayda heyətinə qatdığı Kasper Rosa kimi.

Polşalı kiper heç birinci liqa səviyyəsində deyil, amma elita klubunda meydan verilib.

Azər Bağırov sağ olsun, Gəncə klubuna gələndən sonra ik atdığı addımlardan biri Rosanı ehtiyata göndərmək oldu.

"İmişli"yə qarşı son matçda sabiq "Qarabağ"lı Məmməd Hüseynov əsas heyətdə yer almışdı.

Qərar sevindirci idi. 26 yaşlı çərçivə qoruycusu matça pis də başlamamışdı. Əla bir seyvlə sevincimizə sevinc qatdı.

Təəssüf ki, cəmi 38 dəqiqə. Bəli, yerli oyunçu ilə bağlı xoş hadisənin ömrü vur-tut 38 dəqiqə çəkdi.

Məhz hissənin sonlarına yaxın heç lazım olmadığı halda irəli çıxdı, yersiz hərəkət etdi və qırmızı vərəqə.

Ardınca da məlum oldu ki, epizod offsayd imiş.

Bu da bəh-bəhlə müdafiəsinə qalxdığımız, şans almasını istədiyimiz yerli.

İndi azarkeş də belə düşünür, baş məşqçi də, media da.

Onsuz da sizə güvənən, inanan azdır.

Bir çoxu heç futbolçu gözü ilə baxmır.

İynə ucu qədər şans alanda gərək hamını peşman edəsiniz.

Daha belə məsuliyyətsizlik yox.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti