"Abubakarın "ölüsü" də “Neftçi”yə xeyir verər".
Bu iddia ATV kanalında yayımlanan "Futbolumuz" verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
O, paytaxt təmsilçisinin Vensan Abubakarla anlaşmasını yüksək qiymətləndirib.
Tanınmış telejurnalist bildirib ki, kamerunlu hücumçu səviyyəsi və təcrübəsi ilə "ağ-qaralar"ı irəli aparmaq gücündədir.
Afrikalı ulduzun yaşıyla bağlı müzakirələrin yersiz olduğunu söyləyən Rzayev hesab edir ki, sabiq "Beşiktaş"lı təkbaşına Bassala Sambu-Ağadadaş Salyanski cütlüyündən güclüdür.
“Neftçi” 45 nömrəli formanı geyinəcək legionerlə 1+1 illik müqavilə bağlayıb.
Sonuncu klubu “Hatayspor” olan Abubakar vətənindən başqa, Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı liqalarında da çıxış edib.
O, “Portu” ilə Portuqaliya çempionatının (2018, 2020), kubokunun (2020) və Superkubokunun (2018), “Beşiktaş”la Türkiyə çempionatının (2017, 2021), kubokunun (2021, 2024) və Superkubokunun (2024) qalibi olub.
Kamerun yığmasının kapitanı burada 115 oyun keçirib, 45 qola imza atıb. 2017-ci ildə milli ilə Afrika Kubokunu başı üzərinə qaldırıb,
2022-ci ildə isə 8 qolla Afrika Millətlər Liqasının bombardiri olub. O, "Neftçi"yə azad agent kimi transfer olunub.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

