Bir neçə yerdən “Neftçi”yə elçi gəldilər - Onu bizə icarəyə verin

14:00 Neftçi 898
Bir neçə yerdən “Neftçi”yə elçi gəldilər - Onu bizə icarəyə verin

Millinin qapıçısı Rza Cəfərov, böyük ehtimalla, qış fasiləsində «Neftçİ»nin düşərgəsini tərk edəcək.

Saytımız bu barədə məlumatı paytaxt təmsilçisindən alıb.

Redaksiyamıza verilən informasiyaya görə, klub onunla bağlı bir neçə təklif gəlib. İstər ölkə daxilindən, istərsə də yaxın xaricdən.

Cəfərovun özü də düşərgəni dəyişməyə həvəslidir. O, hazırda başqa çıxış yolu görmür, çünki Samir Abasov Kenan Piriçə güvənməkdədir.

Yayda komandaya qoşulmuş bosniyalı kiper Premyer Liqanın ilk turundan bəri ilk «11-lik»də yer almaqdadır və dəfələrlə səhvə yol verməsinə baxmayaraq, baş məşqçi ona şans tanımaqda davam edir.

Cəfərovun niyyəti oyun praktikası qazanmaqdır. İki ay öncə «Traktor» ona görə «Neftçi»nin qapısını döysə də, gənc «əlcək sahibi» burada qalmalı olmuşdu.

İndi isə Rzanın getmək fikri daha ciddidir. İcarəyə verilmək variantına belə, hazırdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti