Baş məşqçi postuna qayıtdı, onun da xidmətindən İMTİNA ETDİ!

25 Oktyabr 21:20 Kəpəz 438
Baş məşqçi postuna qayıtdı, onun da xidmətindən İMTİNA ETDİ!

«Kəpəz»in baş məşqçisi Azər Bağırov ona lazım olmayan ikinci futbolçunun kimliyini dəqiqləşdirib.

İyunda ayrıldığı komanda bir də oktyabrda qayıdan mütəxəssis Pedro Qomesin üstündən qara xətt çəkib.

Gəncə təmsilçisi mərkəz müdafiəçisi mövqeyində çıxış edən portuqaliyalı ilə yayda iki illik müqavilə imzalayıb. 22 yaşlı legionerin son klubu vətənində "Boavişta" olub.

«Kəpəz» bu ilin iyulunda sıralarına qatdığı Otar Aptsiauri ilə də danışıqlara başlayıb. Gəncə təmsilçisinin fikri gürcüstanlı legionerlə yolları ayırmaqdır.

Dörd aydan sonra baş məşqçisi postuna qayıtmış Azər Bağırov adıçəkilən legionerlə çalışmaq niyyətində olmadığını rəhbərliyin diqqətinə çatdırıb.

Çalışdırıcı onun səviyyəsinin komandaya uyğun gəlmədiyi qənaətindədir.

Adil Şükürovun apardığı transfer siyasətini bəyənməyən həmkarı Otarın şans qazanmaq ehitmalının olmadığını bildirib. Odur ki, «sarı-göylər» 2 aylıq təzminat ödəməklə, gürcüyə ölkəsinə dönməyi təklif edib.

Gəncə təmsilçisi iyulun 22-də 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalayıb.

Karyerasında ilk dəfə legioner həyatı yaşamaq şansı azalan Otarın son klubu vətənində "Dinamo" Tbilisi olub. Ötəm mövsüm 14 oyun keçirib və 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Bir dönəm Gürcüstan U-19 millisinin də formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı