“Atletik”in rəsmi saytı Azərbaycan klubunu necə təqdim etdi?

02:10 Sizdən Bizə 130
“Atletik”in rəsmi saytı Azərbaycan klubunu necə təqdim etdi?

"Atletik Bilbao" Çempionlar Liqasının əsas mərhələsinin III turunda qarşılaşdığı "Qarabağ" barədə məqalə hazırlayıb.

Sportinfo.az xəbər verir ki, yazı La Liqa təmsilçisinin rəsmi saytında paylaşılıb.

Bilbao komandası Ağdam təmsilçisinin 1951-ci ildə "Məhsul" adı ilə yarandığını, 1977-də "Şəfəq", 1982-də "Kooperator", 1987-ci ildən isə "Qarabağ" adlandırıldığını qeyd edib.

“Qarabağ” əvvəlcə “İmarət” stadionunda çıxış etsə də, 1993-cü ildən, birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın paytaxtı Bakıda məskunlaşıb.

İlkin olaraq komanda oyunlarını Bakıdakı Olimpiya Stadionu ilə yanaşı, hələ də vaxtaşırı Avropanın əsas oyunları üçün istifadə olunan Tofiq Bəhramov adına Respublika stadionunda keçirir.

Ancaq klub yerli liqa matçlarının bir çoxunu 2015-ci ildə tikilən "Azərsun Arena"da oynayır.

“Qarabağ” keçmiş münaqişə zonasını təmsil edən yeganə Azərbaycan komandasıdır.

Məqalədə "Qarabağ"ın ciddi azarkeş kütləsinə sahib olduğu da vurğulanıb.

"Atletik" "Qarabağ"ı "atlılar", "göy-ağlar" və "qaçqınlar klubu" kimi təqdim edib.

Həmçinin, Ağdam təmsilçisinin 21 titula sahib olduğu (12 liqa, 8 kubok və bir Superkubok), eləcə də Sovet İttifaqı dövründə qazanılan üç titulla Azərbaycanın ən çox medal qazanan klubu olduğu da vurğulanıb.

İspaniya təmsilçisi "Qarabağ"ın son illər avrokubokda uğurlar qazandığını da xüsusi qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı