Azərbaycana gəzməyə, əylənməyə gələn ƏNCƏBİlər

25 Oktyabr 23:00 Premyerliqa 279
Azərbaycana gəzməyə, əylənməyə gələn ƏNCƏBİlər

"Karvan-Yevlax" Premyer Liqanın 9-cu turunda "Turan-Tovuz"a qarşı meydana 6 yerli futbolçu ilə çıxıb.

İlk baxışdan xoş mənzərədir. Biz də yerli uşaqlara şans verilməsinin, güvənilməsinin tərəfdarı olmuşuq.

Amma işlər bu cür qurulmur da...

Komandanın ehtiyat skamiyasında nə az, nə çox 6 əcnəbi futbolçu Vitor Roşa, Mois Nqvisani, Said İranxan, Peter Kings, Samuel Durrant və Olavale Doyeni əyləşib.

Adıçəkilənlər İrandan, Nigeriyadan, Almaniyadan buna görə Azərbaycana gətiriblər?

Rəqabətdə futbolu çoxdan başa vuran Araz Abdullayev, Elvin Yunuszadəyə də uduzacaq gəlmələri seçən kimlər olub?

Qarşımızdakı mənzərədən utansınlar.

Sadə həqiqəti anlayın - Gətirilən əcnəbi yerlidən bir baş üstün olmalıdır, daha kölgəsində qalmalı deyil.

Sizi də qınamıram, limiti ləğv edən AFFA bu günləri düşünməliydi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Oktyabr 18:10 Çək və bizə göndər!
25 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
25 Oktyabr 03:30 "Lənkəran" da qazandı