Sportinfo.az xəbər verir ki, “Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Premyer Liqanın 9-cu turunda “Araz-Naxçıvan”la heç-heçə etdikləri oyunla (2:2) bağlı danışıb.
Masazır təmsilçisinin çalışdırıcısıbildirib ki, matç çətin alınıb və birinci hissədə komandası topa daha çox nəzarət edib:
"Çətin oyun idi. Birinci hissədə topa daha çox nəzarət edən tərəf biz idik. Rəqibə heç bir fürsət vermədik.
Bəzi epizodlardan yaxşı istifadə edə bilmədik. Hücumları daha yaxşı bitirə bilərdik.”
Mütəxəssis matçın ikinci hissəsinin ilk 5 dəqiqəsini bəyənmədiyini deyib:
“İkinci hissənin ilk 5 dəqiqəsi xoşuma gəlmədi. Sanki oyuna yuxulu halda daxil olduq. Mərkəzdə çoxlu top itkiləri oldu. Rəqib bizə böyük təzyiq etmirdi.”
Valdas Dambrauskas görüşün sonunda hakimin verdiyi cərimə zərbəsi qərarının oyunçusuna qarşı haqsızlığın olduğunu bildirib:
“Matçın sonlarında hakimin verdiyi qərar zamanı mənim oyunçuma qarşı qayda pozuntusu olmuşdu. Orada niyə cərimə zərbəsi verdikləri mənə qaranlıq qaldı.
Bilmirəm, Hakimlər Komitəsinin sədri bu barədə nə deyəcək. Hər oyunda 3:0 hesabı ilə qalib gələ bilmərsən. Bir çox matç bərabər səviyyədə keçir”.

